Vaqif Mustafayev: “Yaxşı kinonun olmaması böyük faciələrə yol aça bilər”

Vaqif Mustafayev:  “Yaxşı kinonun olmaması böyük faciələrə yol aça bilər”
calendar 4 avqust 2023
clock 10:20

“Yaxşı kino olmaması böyük faciələrə yol aça bilər”.

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunan Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı tədbirində Avropa Kino Akademiyasının üzvü, Xalq artisti Vaqif Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kino sənayesinin yaranmasına ehtiyac var:

“Bu yaxınlarda məndən soruşdular ki, kino olmasa, nə olar? Dedim ki, kino olmasa, böyük faciə, fəlakət olmaz. Lakin yaxşı kinonun olmaması böyük faciələrə yol aça bilər. Yaxşı kinolar gözləyirik. Mən həm də tamaşaçıyam. Uşaqlıqdan kinoya baxmağı sevirən. Çalışıram ki, kinorejissor kimi maraqlı filmlər çəkək. Bəyin oğurlanması filmi 1985-ci ildə çəkilib. Bu gün də dildən düşmür. Bu günə qədər reytinqlidir”.

V.Mustafayev qeyd edib ki, Azərbaycan kinosu qurulur:
“Kino forumu proseslər getdiyini göstərdi. Kino sənayesi yaranmalıdır. Mən buna inanmaya bilmərəm. Azərbaycan kinosu qurulur”.

oxu.az

# 1360 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news