Varisin yeni romanı işıq üzü gördü

Varisin yeni romanı işıq üzü gördü
calendar 19 yanvar 2023
clock 16:20

Yazıçı Varisin 2021-ci ildə İstanbulda, TEDEV Yayınlarında işıq üzü görmüş “Qızıl cib saatı” romanı artıq azərbaycanlı oxucular üçün də əlçatan olacaq.

Kulis.az xəbər verir ki, roman “Azərkitab” Yayınlarında Xalq yazıçısı Kamal Abdullanın “Ön söz”ü ilə çap olunub.

Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində açmağa hesablanmış bu roman Britaniya və Azərbaycan arxivlərinin materialları əsasında yazılıb və sırf statistik dünya oxucusuna ünvanlanıb.

Nəfəskəsici dramatizm sona qədər oxucunu gərginlik içində saxlayır, zaman, məkan və hadisələr bir-birinin içində əridikcə sonda bir tam halda birləşib bütün əzəməti ilə insanlığın əsl mahiyyətini açmağa xidmət edir.

Kitabın “Ön söz”ündə Kamal Abdulla yazır: “Roman ermənilərin yüz il öncə Bakıda törətdikləri azərbaycanlı qırğınlarına tutulan güzgü, həmçinin hazırda da davam edən Qarabağ münaqişəsinin ədalətli həlli üçün aparılan informasiya savaşında çox yaxşı silahdır. Romanda təsvir edilən ana obrazı bütün Azərbaycan analarının ümumiləşmiş insanpərvər obrazıdır. Bu obraz əksər hallarda heç bir ədəbi-bədii bənzətmələrlə deyil, sadəcə, onun əməllərinin təsviri ilə ədəbi qəhrəmana çevrilir.

Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir”.

Nəfis tərtibatla çıxan kitab pirat nüsxələrinin qarşısının alınması üçün müxtəlif qoruyucu detallarla işlənmişdir. Növbəti həftədə kitabın satış şəbəkəsinə daxil olacağı gözlənilir.

# 1295 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news