“Vətən müharibəsi xatirələri” müsabiqəsi sona çatdı

“Vətən müharibəsi xatirələri” müsabiqəsi sona çatdı
calendar 24 iyun 2022
clock 18:00

“Space” TV-nin elan etdiyi “Vətən müharibəsi xatirələri” adlı müsabiqə sona çatıb.

Kulis.az xəbər verir ki, müsabiqəyə 44 günlük Vətən müharibəsində yaşananlardan bəhs edən 110 xatirə yazısı qəbul olunub.

Müsabiqənin nəticələri isə Azərbaycan televiziya məkanında ilk dəfə olaraq “Space” TV-də canlı yayımda münsiflər tərəfindən elan edilib.

Beləliklə, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxovun, yazıçı Şərif Ağayarın və şair Aqşin Yeniseyin təmsil olunduğu münsiflər heyətinin qərarı ilə müsabiqənin iki qalibi və bir xüsusi mükafatçısı elan olunub.

Space TV-dən bildirilib ki, müsabiqənin qalibləri Füzuli rayon sakini Tural Nəbiyev və yazıçı Cavid Zeynallı olub.

Xüsusi mükafat isə həyat yoldaşı və qardaşı ikinci Qarabağ savaşının iştirakçısı olan Sürəyya Hümmətova təqdim edilib.

Qaliblər diplom və pul mükafatı ilə təltif olunub.

# 1262 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news