VII Britaniya Film Festivalı başa çatdı

VII Britaniya Film Festivalı başa çatdı
calendar 17 mart 2022
clock 12:40

Bakıda sayca 7-ci dəfə keçirilən Britaniya Film Festivalı başa çatıb.

Kulis.az xəbər verir ki, iki həftəyə yaxın davam edən festival “British Council”, Böyük Britaniya səfirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Filmlər Nizami Kino Mərkəzi və YARAT Müasir İncəsənət Məkanında nümayiş olunub.

Festivalın ilk filmi “Oskar” mükafatlı aktyorlar Cim Brodbent və Helen Mirrenin rol aldıqları “Hersoq” retro-komediyası olub.

Bundan əlavə, Nizami Kino Mərkəzində “Şlyapalı kişi”, “Suvenir. II hissə” və “Qaynama nöqtəsi” filmləri nümayiş olunub. İngilis kinosu həvəskarları YARAT Müasir İncəsənət Məkanında “İnsanlar iqlim dəyişikliyinə qarşı” və “Sərhədlərin məhvi: planetimiz haqqında elm” sənədli filmlərini də izləmək imkanı əldə ediblər.

Qeyd edək ki, martın 9-da YARAT Müasir İncəsənət Məkanında Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) 2021-ci il üzrə qısametrajlı filmlər proqramında yer almış 7 qısametrajlı ekran əsəri (3-ü animasiya filmi) də təqdim olunub.

# 1362 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news