Vilayət Quliyevin yeni kitabı çap olundu

Vilayət Quliyevin yeni kitabı çap olundu
calendar 29 oktyabr 2024
clock 12:44

"Çapar" nəşriyyatında yeni çapdan çıxmış nəfis tərtibatlı, nadir foto-şəkillər və illüstrasiyalarla zəngin "Əlimərdan bəy Topçubaşov ərməğanı" kitabında diplomat-alimVilayət Quliyevin məşhur sələfi haqqında müxtəlif illərdə yazdığı ayrı-ayrı məqalələri, əsərlərinin ayrı-ayrı nəşrlərinə yazdığı ön sözləri, müqəddimələri, Paris həyatı və müasirləri ilə qarşılıqlı münasibətləri haqqında araşdırmaları, bəzi siyasi publisistika nümunələrindən tərcümələri toplanıb.

Kulis.az xəbər verir ki, Cümhuriyyətin görkəmli siyasi xadiminin vəfatı münasibəti ilə "Prometey" və "Severnıy Kavkaz-Şimali Kafkasiya" mühacir nəşrlərinin xüsusi saylarında dərc olunan çoxsaylı materiallar (nekroloqlar, dəfn mərasimində çeşidli ölkələri təmsil edən siyasi liderlərin nitqləri, ailəsinə göndərilən başsağlığı teleqramları və s.) ilk dəfə tam şəkildə tərcümə edilərək bu kitabda toplanıb.

Vilayət Quliyevin "Əlimərdan bəy Topçubaşov ərməğanı" kitabındakı materiallar həm Azərbaycan Cümhuriyyətini, həm də onun qurucu atalarını daha yaxından tanımağa və tanıtmağa xidmət edir.

Qeyd edək ki, ədəbiyyatşünas-alim və diplomat Vilayət Quliyev Azərbaycan Cümhuriyyətinin qurucu atalarından Əlimərdan bəy Topçubaşovun elmi-publisist və epistolyar irsi ilə 25 ildən artıqdır ki, məşğul olur. Cümhuriyyətin 80 illiyinin qeyd edildiyi 1998-ci ildə Paris sülh konfransında Azərbaycan Nümayəndə heyətinin başçısı olmuş Əlimərdan bəy Topçubaşovun hökumətə göndərdiyi məlumatları rusca orijinalda və özünün Azərbaycan dilinə tərcüməsində "Paris məktubları" - "Pisma iz Parija" adı altında geniş müqəddimə və şərhlərlə birlikdə çap etdirmişdi. Bundan başqa, müxtəlif illərdə onun Topçubaşov irsindən seçmələr və müstəqil tarixi araşdırmalardan ibarət "Azərbaycan Cümhuriyyəti Nümayəndə heyəti Paris Sülh konfransında" (ingilis və fransız dillərində müqəddimə ilə, Bakı, 2008), "Azərbaycanın yol göstərəni" (Bakı, 2010), "Doğma Azərbaycanın mənafeyini qoruyacağıq" (Bakı, 2018), "Qafqaz Azərbaycanı Nümayəndə heyətinin Paris sülh konfransından tələbləri" (ingilis dilindən tərcümədə, Bakı, 2018), "Kaspi"dən seçmələr" (Bakı, 2018) "Xalqımızın müstəqil yaşayacağına inanırdıq" (Bakı, 2010), "Azərbaycan Paris Sülh konfransında" (Sənədlər toplusu, macar və ingilis dillərində müqəddimə ilə, Budapeşt, 2018) və s. kitabları nəşr olunub. Vilayət Quliyevin gərgin əməyi sayəsində Əlimərdan bəy Topçubaşovun qələmindən çıxmış onlarla tarixi-publisist əsər, çoxsaylı məktublar, siyasi-diplomatik və rəsmi yazışmalar ilk dəfə elmi dövriyyəyə daxil edilib, müasir Azərbaycan oxucusuna təqdim olunub. Həmkarı, keçmiş xarici işlər naziri Həsən Həsənov və moskvalı tarixçi Salavat İshakovla bir sırada Vilayət Quliyevin də Topçubaşovun rus dilində 4 cildlik "Seçilmiş əsərləri"nin hazırlanması və nəşrində (2015-2016) böyük əməyi olub. O, eyni zamanda Əlimərdan bəyin həyat yolu, bioqrafiyası, siyasi-diplomatik fəaliyyəti haqqında Azərbaycan, rus, ingilis dillərində ölkəmizdə və ölkə hüdudları xaricində çap edilmiş çoxsaylı məqalələrin müəllifidir.

# 433 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news