“Walt Disney” 7 min əməkdaşını işdən çıxaracaq

“Walt Disney” 7 min əməkdaşını işdən çıxaracaq
calendar 9 fevral 2023
clock 14:20

Amerikanın əyləncə sənayesi sektorunda multiplikasiya studiyaları bazasında yaradılmış “Walt Disney” kompaniyanın işçi qüvvəsinin 3,2 faizi – təqribən 7 min nəfər ixtisara düşəcəyini bəyan edib.

Kulis.az xəbər verir ki, əyləncə sektorunun nəhəngi səhmdarlarına verdiyi məlumatda bu addımın xərclərin azaldılması və 5,5 milyard dollara yaxın vəsaitə qənaət olunması strategiyasının tərkib hissəsi olduğunu bildirib. Kompaniya, həmçinin əməliyyat xərclərini də 2,5 milyard dollar məbləğində azaltmaq niyyətindədir.

Ötən ilin oktyabrınadək bütün dünya üzrə kompaniyada təqribən 220 min əməkdaş çalışıb.

“Walt Disney”in baş direktoru Robert Ayqerin sözlərinə görə, hələ istehsal mərhələsində olan, əyləncə və beynəlxalq məzmun kəsb edən serialların və filmlərin “aqressiv yoxlanılması” aparılacaq. Kompaniya audiovizual kontentdən imtina etməklə 3 milyard dollar vəsaitə qənaət etməyi planlaşdırır.

“Walt Disney” yenidənqurma prosesində üç bölməyə bölünəcək: onlardan biri kino və televiziyada əyləncəli kontent, ikincisi idman proqramları, üçüncüsü isə tematik parklar, mallar və kruiz laynerləri ilə məşğul olacaq.

# 1086 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news