Xalq artisti: "Bəziləri elə bilir, toyda hər şeyə oynamaq olar"

Xalq artisti:  "Bəziləri elə bilir, toyda hər şeyə oynamaq olar"
calendar 27 avqust 2024
clock 11:31

"Mən 1990-cı illərdə "Əsgər marşı" yazmışdım. O vaxtı toylarda bu mahnını çalıb-oynayırdılar. Hətta bir-iki toyda etiraz etdim. Dedim, qardaşım, bu əsgər üçündür, müharibə üçündür, sən bunu araq içib oynayırsan. Dedim, o zaman süfrənin yerinə də Azərbaycan bayrağını sər, üstünə də araq qoy. Yəni, eyni şey olur. Elə şeylər var ki, onlara hörmət etmək borcumuzdur. Bəzən insanların mədəni səviyyəsini bilmək olmur. Amma içəndə bəzilərinin içi ortaya çıxır. Bəziləri düşünür ki, toydursa, istədikləri şeyi çaldırıb-oynaya bilərlər. Cəmiyyətdə müxtəlif insanlar olur, eləsi də var, beləsi də".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Cavanşir Quliyev "My Media Baku"ya müsahibəsində deyib.

O, həmçinin, bayağı sözləri olan mahnılar haqqında da danışıb:

"Dartma, yaxam cırıldı" xalq mahnısıdır. "Get, ay batandan sonra gəl" xalq mahnısıdır.
"Həsir basma, dolan gəl", yəni, səs eləmə, həsiri bassan, səs olacaq.
"Qoy, gülüm gəlsin, ay nənə, qapıda duran oğlana rəhmin gəlsin, ay nənə" bu, xalqın yaradıcılığıdır.
Yaxşı da deyə bilmərik, pis də. Biz bunu qəbul etməliyik. Xalq yaradıcılığı deyilən bir şey var. Hər xalqda var. Hətta sizə deyim ki, böyük şairlərin nəşr olunmayan şeirləri var. Görünür, arada onlar da əylənirdilər. Ona görə də belə şeylərə bir az səbrli yanaşamaq lazımdır. İnsan əgər bir şeylə əylənirsə, qoy, əylənsin. Amma keyfiyyətsizdirsə, onu təbliğ etmək lazım deyil. "Səhər saat yeddidə, qırmızı nol yeddidə" – bütün Azərbaycanı götürmüşdü. Nə oldu? Batdı getdi. Çünki keyfiyyəti yox idi".

# 668 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news