Xalq artisti Əjdər Həmidovun anım günüdür

Xalq artisti Əjdər Həmidovun anım günüdür
calendar 24 noyabr 2023
clock 14:40

Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür.

Kulis.az xəbər verir ki, Əjdər Qüdrət oğlu Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində müəllim ailəsində anadan olub. Ailədə iki qardaş, iki bacı olublar.

1976-cı ildə atasının istəyini yerinə yetirərək İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Ondan Adil İsgəndərov və Rza Təhmasib imtahan götürüblər. 1979-cu ildə təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib.

Bu illər ərzində "Özümüzü kəsən qılınc", "Burlaxatun", "Bu dünyanın adamları", "Hökmdar və qızı", "Ölülər", "Kaş araba aşmayaydı" tamaşalarında müxtəlif janrlı obrazlar yaradıb. "Azərbaycanfilm"in istehsal etdiyi "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevrilib.
2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Vaqif Mustafayev qrim probleminə görə Əjdər Həmidovu “Yoxlama” filminə təsdiq etməkdə tərəddüd edib. Bir neçə məsləhətləşmədən sonra Əjdər Həmidov bığlarının qırxılmasına, saçlarının boyanmasına razılıq verib. Filmin çəkilişləri çox əziyyətli olub. Moskvadan onu əvəz etmək üçün 3 kaskadyor dəvət olunsa da, ən çətin və qorxulu səhnələri özü yerinə yetirib. İnadkarlığı isə ona baha başa gəlib. Yüksəklikdə çəkilən səhnələrin birində aktyor qorxub stress keçirib, xəstələnib və Bakını tərk edib, iki il rayonda yaşayıb. Hətta iki dəfə.

Əjdər Həmidov 2020-ci il noyabr ayının 24-də Kliniki Tibbi Mərkəzdə insultdan vəfat edib.

# 1025 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news