Xalq artisti Tofiq Tağızadənin xatirəsi anıldı

Xalq artisti Tofiq Tağızadənin xatirəsi anıldı
calendar 8 fevral 2024
clock 18:00

Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 105-ci ildönümü münasibətilə məzarı ziyarət olunub.

Kulis.az xəbər verir ki, anım tədbirində Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kinosunun inkişafında Tofiq Tağızadənin xüsusi rolunu qeyd edib, rejissorun çoxşaxəli yaradıcılığının bu gün də tamaşaçılar tərəfindən sevildiyini vurğulayıb.

Xalq artisti, kinorejissor Oqtay Mirqasımov görkəmli rejissoru ilk dəfə “Uzaq sahillərdə” filminin çəkilişi zamanı gördüyünü, daha sonra kinostudiyada işə götürülərkən onun filmində təcrübə keçdiyini və uzun illər dostluq etdiyini xatırlayıb.

Sənətkarın ailəsi adından çıxış edən Əməkdar artist Firdovsi Atakişiyev T.Tağızadə ilə səmimi münasibətlərindən danışıb, onun yaradıcılıq irsinin Azərbaycan Dövlət Film Fondunda qorunmasından bəhs edib, sonda Mədəniyyət Nazirliyinə, Kino Agentliyinə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Tofiq Tağızadə quruluşçu rejissor kimi Azərbaycan kinosu tarixinə “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Bağ mövsümü”, “O dünyadan salam” və başqa məşhur ekran əsərlərini bəxş edib.

# 641 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news