Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçiriləcək

Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçiriləcək
calendar 9 avqust 2024
clock 13:33

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzinin dəstəyi və“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq şairi, Heydər Əliyev mükafatı laureatı, akademik Nəriman Həsənzadə ilə gənclərin görüşü keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir “MədəniyyətimİZ” proqramı çərçivəsində 12 avqust, saat 17:00-da “Libraff”ın Park Akademiya filialında baş tutacaq.

Görüşdə Xalq şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatı və poeziya mədəniyyətinin tarixi və inkişafı, müasir dövrümüzdə ədəbi dəyərlərin təbliği və gənclərin sağlam ruhda yetişməsinə dair fikirlərini bölüşəcək, habelə gənc yazıçı Nadir Yalçının moderatorluğu ilə “Azərbaycan ədəbiyyatı: zamanın fövqündə yaşanan hadisələr, gələcəyə baxış”, “Ümummilli Lider Heydər Əliyevin qələm adamları ilə dostluq münasibətləri” və “Gənclərin ədəbi yaradıcılığının inkişafı” mövzularında panel müzakirə aparılacaq.

Tədbirin bədii hissəsində müxtəlif milli rəqs nümunələri tamaşaçılara təqdim olunacaq.

“MədəniyyətimİZ” proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevirilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mədəniyyət nümayəndələri ilə musiqili, ədəbi-bədii və interaktiv görüşlərin təşkili nəzərdə tutulur.

# 545 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news