“Xalq yazıçısı Mehdi Hüseyn - 115” adlı kitab sərgisi açıldı

“Xalq yazıçısı Mehdi Hüseyn - 115”  adlı kitab sərgisi açıldı
calendar 27 mart 2024
clock 11:00

Milli Kitabxanada Xalq yazıçısı Mehdi Hüseynin 115 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, “Xalq yazıçısı Mehdi Hüseyn - 115” adlı sərgidə yazıçının əsərləri yer alıb. Həmçinin, dünya ədəbiyyatından tərcümələri və redaktə etdiyi, haqqında yazılmış kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunub.

İctimai dövlət xadimi, şərəfli ömrünü vətəninə və xalqına həsr edən əbədiyaşar yazıçı 1909-cu il martın 22-də Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olub.

Mehdi Hüseyn ədəbiyyat və mədəniyyətimizi sənət inciləri ilə zənginləşdirən, əsərlərində bəşəri fikir və ideyaları əks etdirən istedadlı sənətkardır. “Daşqın”, “Kin”, “Fəryad” kimi povestlərin, “Tərlan”, “Abşeron”, “Qara daşlar”, “Səhər”, “Yeraltı çaylar dənizə axır” adlı romanların müəllifidir.

# 702 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news