Bakıda sərgi açılıb

Bakıda sərgi açılıb
calendar 8 oktyabr 2019
clock 18:41

Oktyabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərginin açılışı olub.

APA-nın məlumatına görə, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşəbbüsü ilə təşkil olunub.

Sərgidə Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, deputat Şəmsəddin Hacıyev, Türkiyə Respublikasının Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və başqa qonaqlar iştirak ediblər.

Muzeyin Elmi işlər üzrə direktor müavini Xədicə Əsədova çıxış edərək sərginin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı olduğunu bildirib: "Dünyanın bir sıra ölkələrinin arxivlərində tariximizlə bağlı sənədlər yer almaqdadır. Bugünkü sərgidə isə Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsində qorunan Osmanlı dövləti ilə Azərbaycanın xanlıqları arasındakı münasibətləri əks etdirən məktub, əmr, fərman və hədiyyə təqdimatlarının yer aldığı 30 rəsmi sənədin surəti nümayiş olunur. 1713-cü ildən başlayaraq 19-cu əsrin ortalarına qədərki bir dövrü əks etdirən sənədlər bu gün Azərbaycana gətirilib. Mən bizim tarixçilərimiz bu sənədlərdən faydalanacağına əminəm".

Bakı Yunus Əmrə İnstitutunun direktoru Cahan Özdemir sərginin heç də asan ərsəyə gəlmədiyini söyləyib: "Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan və qardaş Türkiyə əlaqələrinin tarixi qədimdir. İnanıram ki, sərgi əsrlərdən gələn dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına öz layiqli töhfəsini verəcək".

TİKA rəhbəri Teoman Tiryaki Azərbaycanda göstərdikləri fəaliyyətdən bəhs edib. O, Azərbaycanla Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafında yer almaqdan məmnun olduqlarını qeyd edib: "Bu gün də mədəniyyət sahəsində belə bir tədbir keçirdiyimiz üçün çox şadıq".

Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal isə arxivlərin son dərəcə əhəmiyyətli məlumatlara sahib olduqlarını deyib: "Azərbaycanla Türkiyə arasındakı əlaqələr tarix ərzində ən önəmli şəkildə arxivlərdə qeyd edilib. İstər Azərbaycan, istər Türkiyə arxivlərində bu iki dövlət arasında münasibətlərdən bəhs edən çox vacib sənədlər yer alır. Türkiyədə xüsusilə Osmanlı dövlətindən qalma arxivlər təkcə Anadolu coğrafiyasını deyil, dünyanın 40-dan çox dövlətinin arxivini özündə birləşdirir. Bizim arxivlərdə Azərbaycan ilə Osmanlı dövləti arasında münasibətləri əks etdirən minlərlə sənəd yer alır. Bugünkü sərgidə onlardan yalnız 30-u nümayiş olunur. Bu sənədlər Osmanlı dövləti ilə Azərbaycan xanlıqları arasındakı isti münasibətləri əks etdirir. Biz bu əlaqələri daha da dərinləşdirməliyik, çünki arxivlərimizdə hələ öyrənilməmiş minlərlə sənəd vardır. Sərginin tarixi əlaqələrimizi anlamaq məsələsində faydalı olacağına inanıram".

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral isə nümayiş olunan sənədlərin Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə sıx əlaqələrin əyani sübut olduğunu vurğulayıb: "Bu torpaqlar, Qafqazlar, İrəvan xanlığı, Qarabağ tarixən türklərin yaşadıqları torpaqlar olub. Əlimizdəki sənədlər keçmişdə də Türkiyə ilə Azərbaycan arasında çox yaxın münasibətlərin olduğunu göstərir".

Sonra qonaqlar sərgi ilə tanış olublar.

# 2162 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news