Musa Yaqubdan xəbər var

Musa Yaqubdan xəbər var
calendar 4 may 2018
clock 14:20

Xəbər verdiyimiz kimi, Musa Yaqubun səhhətində problem yaranmışdı. Şairin qohumlarının məlumatına görə, Musa Yaqub qrip və boğaz ağrılarından əziyyət çəkirdi.

Kulis.az şairin oğlu Şəhriyar Yaqubov ilə əlaqə saxlayıb. Oğlunun dediyinə görə, Musa Yaqubun səhhəti əvvəlkinə nisbətən yaxşıdır:

“Həkimə aparmışam. İndi vəziyyəti köhnə əhvalından daha yaxşıdır. Bilirsiniz, qocalıqla xəstəlik bir yerdə çətin olur. Ona görə də bir az narahatçılığı var. Əvvəl təngənəfəsliyi olurdu, şükür bunu aradan qaldırdıq. Damarlarında və ürəyində zəiflik vardı. Ona görə bədəninə su yığılırdı. Yavaş-yavaş düzəlməyə doğru gedir. Köməkliklə gəzə bilir. İndi biz şəhərdəyik. 10-15 günə kəndə gedəcəyik. Bir az səsində də problem var. Danışanda da yorulur. Çox sağ olsun, hamı mehribanlıqla, sevgiylə zəng edib hal-əhval tutmaq istəyir. Ancaq Musa Yaqub hamıyla danışa bilmir, yorulur”.

# 954 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news