Varisin yeni kitabı çıxdı

Varisin yeni kitabı çıxdı
calendar 24 yanvar 2018
clock 12:19

Yazıçı Varisin Azərbaycanda sayca 11-ci kitabı işıq üzü görüb.

Yazıçının Kulis.aza verdiyi xəbərə görə, “Teas-press” yayın evində çıxan yeni roman "Uzaqdan gələn yağış" adlanır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan romanın müəllif müqəddiməsində məqsədi və məramı aydın şərh edilir:

"Sovetlərin vaxtında ət-yağ növbələrinə, müstəqilliyin ilk illərində çörək növbələrinə dayanardıq. O növbələr gözə görünən idi. Belə getsə, indi də gözəgörünməz mənəviyyat növbəsinə dayanası olacağıq. 3-cü minillikdə dünyanı bürüyən mənəvi böhran get-gedə bizi də haqlamaqdadır.

Romanı, haradasa, yaxşılıqlara bir çağırış kimi qəbul edin, mümkünsə. «Sevgi» adlı bir hədəfi «maddiyyat» və «təmənna» adlı cəlladların nişangahından çıxarmağa çalışmasaq, hələ çox itkilərimiz olacaq.

Bu roman körpə fidanların qol-budaq atıb böyümək arzusunu gözündə qoyan amansız bağban qayçıları barədədir. O qayçılar hər dəfə paslanmaqda ikən biz buna imkan vermir, onları yenidən itiləyib işə salırıq.

Bəlkə əl saxlayaq?!"

"Uzaqdan gələn yağış" kitabının ilkin tirajı 5000 nüsxədir, satış hüququ Libraff kitab mağazaları şəbəkəsinə məxsusdur.

Qeyd edək ki, bu il yazıçının Rusiyada, Bolqarıstanda, ABŞ-da, Türkiyədə, Özbəkistanda və Qırğızıstanda da yeni kitabları işıq üzü görəcək.

# 1051 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news