Nazir məşhur rəssamla görüşdü

Nazir məşhur rəssamla görüşdü
calendar 7 noyabr 2019
clock 18:10

Noyabrın 7-də Mədəniyyət naziri Əbülfəs Qarayev məşhur rusiyalı fırça ustası, Adıgey və Kabardin-Balkar Respublikasının Xalq rəssamı, Rusiya Dövlət mükafatı laureatı Mixail Şemyakinlə görüşüb.

Kulis.az bildirir ki, nazir görüşdə qonağa Azərbaycan dövlətinin mədəniyyət siyasəti, bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Qeyd edib ki, ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına dövlət tərəfindən böyük qayğı göstərilir. Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği də diqqətdə saxlanılır.

Mixail Şemyakin də öz növbəsində səmimi qəbula görə öz minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bu səfər onun ölkəmizə ilk gəlişidir. Buna baxmayaraq, Azərbaycanın mədəni həyatı onda olduqca xoş təəssüratlar yaradıb.

Əslən Kabardin-Balkardan olduğunu deyən rəssam Azərbaycanla onu xoş münasibətlərin bağladığını bildirib. Vurğulayıb ki, onun bacısı Azərbaycanın indiki Göygöl (Xanlar) rayonunda dünyaya gəlib.

Mixail Şemyakin onu da diqqətə çatdırıb ki, səfər çərçivəsində müxtəlif görüşlərdə iştirak edəcək, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında ustad dərsi keçəcək.

Görüş zamanı rəssamın ölkəmizdə sərgisinin təşkil edilməsi və onunla əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, Mixayıl Şemyakin 1943-cü ildə Moskvada anadan olub. Tanınmış rəssamın əsərləri Rusiya ilə yanaşı, ABŞ, Fransa, Braziliya, İsrail və digər ölkələrin muzeylərində saxlanılır.

# 2015 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news