İnsanlar niyə baharda aşiq olur?

İnsanlar niyə baharda aşiq olur?
calendar 13 mart 2015
clock 11:48

Havaların istiləşdiyi bu günlərdə daha tez aşiq oluruq. Baharın gəlişi ilə təbiət canlanırkən aşiq olma duyğusu da insanların içində yetişir. Qışın hüznünü arxada qoyub, baharın gəlişi ilə aşiq olmaq arzusu da artır və aşiq də oluruq. Niyə?

Türkiyənin ünsiyyət məsələləri üzrə mütəxəssis - psixoloqu Ayşəgül Dənizçi baharda xoşbəxtlik hissi yaradan serotonin hormonunun artdığını və beynimizin təbiətin çağırışına uyaraq aşiq olmağı asanlaşdırdığını söyləyib. Ayşəgül Dənizçi buna belə aydınlıq gətirib:

“İnsanların bioritmi günəş işığına həssasdır, baharda daha çox günəş işığı almağa başlayırıq və hormonlarda dəyişikliklər yaranır, xoşbəxtlik duyğusu verən serotin yüksəlir. Bunun nəticəsində həyatımızın müsbət tərəflərinə qapılırıq və gələcəyə aid ümidlərimiz də artır.

Havaların isinməsi ilə adətən çiynimizdə daşıdığımız yüklər bir az azalır və özümüzü həyatın ağır detallarından azad olmuş kimi hiss edirik. Gücümüz artır. Beynimiz təbiətin çağırışına tabe olaraq aşiq olmağımızı asanlaşdırır. Yaşam tərzimizin də bu çağırışa aid bir təsiri var. Baharda bayıra daha tez-tez çıxırıq və kimlər iləsə qarşılaşmaq ehtimallarımız da artır. Aşiq olmaq isə, yalnız siz yeni münasibətlərə açıq və bir eşq yaşamaqla yeni addım atmaq cəsarətini hiss etdiyinizdə mümkün ola bilər”.

# 1211 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news