Azərbaycanın 10 məşhur aşiq tipi

Azərbaycanın 10 məşhur aşiq tipi
calendar 5 may 2015
clock 20:00

Kulis məşhur aşiq tiplərini təqdim edir.

1. “Elimi sallasam ellisi”. Bu tiplər dörd bir tərəfin sevgili ilə coşub-daşdığını düşünürlər. Elə bilirlər ki, bütün xalqların qızları onun yolunu gözləyir. Aqibətləri isə: “Xalan qızı da böyüyüb e”.

2. Qayıtmırsa zatən sənin deyilmiş. Belələri boş təsəllilər taparlar, ağ kağızlara ürək deşən ox şəkli çəkərlər. Sevgililərinin nə istədiklərini anlamaq əvəzinə (hərçənd bu qədər asan da deyil) söhbətə aidiyyatı olmayan sözlərlə ovunarlar. Və onların sevgililəri əsla qayıtmaz. Çünki qadınlar belələri ilə xoşbəxt olmadıqlarını gözəl anlayarlar.

3. Ya mənim olmalısan, ya qara torpağın. Ən təhlükəli sevgili halıdır. Belələri qara rəngli paltarlar geyinərlər, beş-altı aforizm bilərlər. Onlardan qorxmaq lazımdır. Polat Ələmdarı özünə ideal sayan adamdan nə gözləmək olar?

4. Təki sən xoşbəxt ol. “Ayrılsak da mutluluk dilerim sana” mahnısı onların ruh halətinə ən uyğun mahnıdır. Sevəndə də ürəkdən sevərlər, ayrılanda da göz yaşında olsa belə öz centlmenliklərini göstərərlər.

5. Doyurmaz gözünü kasıb sevdası. Belələri daim kasıblıqlarına istinad edərlər, elə bilərlər ki, qızın onu tərk etmək səbəbi kasıb olmalarıdır.

6. Getmə, yoxsa udaram bütün yuxu həblərini. Onlar da öz intiharları ilə daim sevgililərini qorxudarlar, lakin anlamazlar ki, qorxu ilə sevgi bina ola bilməz.

7. Məndən özgəsini sevə bilməzsən. Belələri özlərini “cool” apararlar, elə bilərlər ki, onlardan daha gözəli, daha yaxşısı yoxdur. Yanlış düşündüklərini deməyə gərək varmı?

8. Mən sənsiz ölmədim, məni bağışla. Belələrini özləri başda olmaqla heç kim anlamaz. Qız neyləsin?

9. Zaten burnu əyriydi. “Nəyimi sevmişdin deyə bilmədin, indisə yüz eyib görürsən məndə” misraları bu adamlar üçündür. Qızdan ayrılar, sonra isə min eyib taparlar. Hətta bəzən onun əxlaqı haqda da danışmağı özlərinə rəva görərlər.

10. Özümə tay qız axtarıram. Belələri ucuz kafelərdə müasir qadın necə olmalıdır mövzusunda ictimai mühazirə oxuyar, sonra da gedib dayısıqızlarını alar.

# 1705 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news