İtlər nə vaxt avtobusa minəcək?

İtlər nə vaxt avtobusa minəcək?
calendar 18 avqust 2015
clock 15:27

…Çoxdandı bu problem məni (həm də təkcə məni yox) narahat edirdi. Amma əlimə qələm almırdım, vəziyyətin dəyişəcəyinə ümid edirdim. Gördüm günlər ayları əvəz elədi, il də gəlib keçdi, heç nə dəyişmədi ki, dəyişmədi. Əksinə, uşaqların sayı artdıqca sahibsiz küçə itlərinin də sayı artmağa başladı. Uşaqlar küçəyə çıxdı oynamağa, it küçükləri onlara aman vermədi.

Uşaqlar məktəbə yollandı, onları dayanacaqda, məktəb qapısında itlər müşayiət eləməyə başladı. Mağazada giriş qapısında it, çıxırsan it, küçəboyu itlər səpələnib, hara baxırsan it… Hərdən elə bilirsən it indi səninlə avtobusa minəcək. Düz yanında dayanıb - dayanacaqda, ya da yolun düz ortasında itlər öz aləmindədi. Bu hal o qədər adiləşib ki, sanki heç kəs onları görmür...

…Deyirəm, çıxış yolu kimi bir it damı tikmək lazımdır ki, itlə maraqlanan olmasa da, onun damı ilə, yəni tikinti ilə maraqlananlar tez axışıb gəlsin. Axı şəhərin, kəndin arxitekturasına xələl gətirirsən. Amma yollarda qəza yaradan, küçələrə səpələnib uşaqlara hücum edən, ətrafına xəstəlik yayan bu sahibsiz itlər «gözəllik» mənbəyidir…

…Eşidin və agah olun ki, bu it sürülərinin evlərimizə, siniflərimizə, bağçalarımıza hücum çəkmələrinə az qalıb! Bax, onda bar-bar bağıracaqlar ki, ay haray, uşağımı it parçaladı, qoymayın!...

…Ötən il 2-ci sinif şagirdlərinə itlərlə bağlı esse yazmaq tapşırılmışdı. Ana-bala biz də birləşib itin vəfasından, onun insanlara necə yardımçı olmasından yazdıq. Hətta cinayətlərin açılmasında, yanğın zamanı itin fədakarlığından da bəhs etdik. Sonda belə bir sual çıxdı meydana. Əcəba, əgər bu it belə vəfalı, gərəkli heyvandırsa, biz niyə onu belə başlı-başına buraxmışıq. Bəlkə bu itlərin içində elə istedadlı, çevik, qabiliyyətliləri var ki, onlardan yararlanmaq olar? Və bir də fərli-fərsiz bu itin bir sahibi olmalıdır, ya yox. Mən bilən bu işlə məşğul olası qurumlar var, aidiyyəti təşkilatlar var. Bir it damının tikintisinin səsinə onumuz yüyürürüksə, bu itlərin də dalınca ikimiz düşsək şəhərimiz, kəndimiz, küçələrimiz it yığnağından təmizlənər, ağ günə çıxar…

…Bu günlərdə küçədə uşaqlar nə görsələr yaxşıdı? Küçə iti azyaşlı bir uşağın üzünü yalayırmış…

# 1152 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news