İlin ilk mükafatı təqdim edildi

İlin ilk mükafatı təqdim edildi
calendar 25 yanvar 2018
clock 12:51

Yanvarın 15-də Londonda "Wallace Collection” muzeyində "TS Eliot Prize” mükafat fondunun təşkil etdiyi mərasimdə cari ilin ilk poeziya mükafatının qalibi açıqlanıb.

İlk şeir toplusu ilə Britaniyada ədəbi cameəsinin diqqətini şeirlərinə cəlb etməyi bacarmış gənc şair Ouşn Vunqs ilin ilk mükafat alan ədibi oldu. "Guardian”da yer alan xəbərə görə, şairin "Qaçış yaraları ilə örtülmüş gecə səması” ("Night sky with exit wounds”) debüt kitabı şotlandiyalı şair Bill Herbertin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən "çoxdandır gözlənilən poetik səsin ilk notları” kimi dəyərləndirilərək mükafata layiq görülüb.

1988-ci ildə Vyetnamın Ho Çi Min şəhərində dünyaya göz açmış amerikalı şair Ouşn Vunq dərin kökləri olan bir ailənin ilk ədibi və özünü sübut edə bilmiş ictimai nüfuzlu nümayəndəsi kimi çıxış kitabına görə layiq görüldüyü bu mükafatla yaradıcılığını taclandırıb.

Artıq 29 yaşlı şairin kitabı "ilin ən yaxşı çıxışı” kimi "Whiting” və "Thom Gunn” mükafatlarının da namizədləri arasında yer alıb. "Observer” dərgisinin "qılıncı”nın önü də, arxası da kəsən tənqidçisi Keyt Kelliuey kitab haqqında qələmə aldığı rəydə bunları qeyd edib: "Şiddət və azadlığın, kobudluq və zərafətin addımbaşı toqquşduğu bir dünyada yaşamaq üçün hamımıza bir yol göstərmək iqtidarında olan şeirlər oxudum”. "New-York Times” redaktoru Miçiko Kakutani isə Vunqun yaradıcılığını Emili Dikinson ilə Jerar Meynli Hopkins duyğularının qovşağında boy atan fidana bənzədib.

Vunqun qalibiyyəti həm də ona görə geniş rezonans doğurub ki, "Qaçış yaraları ilə örtülmüş gecənin səması” "TS Eliot Poetry Prize” mükafatını alan ikinci debüt kitabdır. Mükafatın ilk debüt qalibi 2016-cı ildə "Jadenin ilməyi” ("Loop of Jade”) kitabının müəllifi Sarah Hov olub.

Artkaspi.az

# 1078 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news