Meksika səfiri Tərcümə Mərkəzində

Meksika səfiri Tərcümə Mərkəzində
calendar 9 sentyabr 2015
clock 11:54

Sentyabrın 8-də Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Kulisin məlumatına görə qonağa Mərkəzin fəaliyyətindən danışılıb, daha sonra Xuan Rulfonun «Pedro Paramo» kitabı hədiyyə edilib.

Qonağı salamlayaraq, dünya ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılması istiqamətində görülən işlərdən danışan Mərkəzin direktoru Afaq Məsud dünyanın bir çox ölkəsinin ədəbiyyatının Mərkəz tərəfindən tərcümə edilib Azərbaycan oxucusuna çatdırıldığını bildirib: “Bu sıradan Latın Amerikası ədəbiyyatı da daim diqqət mərkəzində olub. Qabriel Qarsia Markes, Varqas Lyosa, Xulio Kortasar, Borxes və bu kimi yazıçıların əsərlərinin Azərbaycanda ilkin nəşrini Mərkəz həyata keçirib. Meksika ədəbiyyatına gəlincə, Ottavio Pasın əsərləri Azərbaycan dilində Mərkəzin «Xəzər» dünya ədəbiyyatı jurnalında dərc edilib, Meksika ədəbiyyatının fəxri, dünya ədəbiyyatının korifeylərindən sayılan Xuan Rulfonun «Pedro Paramo» romanı tərcümə olunub və kitab halında nəşr edilib. Xuan Rulfonunun bu əsəri bəşəri ədəbiyyatın şah əsərlərindən sayılır və Azərbaycanda çox sevilir.”

Daha sonra Mərkəzin direktoru hazırda Argentina səfirliyinin sifarişi ilə Adolf Bioy Kasaresin «Morelin ixtirası» əsərinin Azərbaycan dilinə tərcüməsi və nəşri üzərində iş getdiyini, Kolumbiya səfirliyinin təklifi ilə yeddi Kolumbiya və yeddi Azərbaycan şairinin şeirlərinin tərcümələrindən ibarət kitab hazırlandığını bildirib.

Səfir Rodriqo Labardini görüşə görə minnətdarlığını bildirərək, Meksika-Azərbaycan arasında hər sahədə yaşanan əlaqələrdən söz açıb: «Siz çox gözəl və əhəmiyyətli məsələlərə toxundunuz, buna görə sizə dərin minnətdarlığımı bildirirəm. Meksika səfirliyi Azərbaycanda üç aydır ki, açılıb və bu müddət ərzində səfirlik hər iki ölkə arasında mədəni əlaqələrin qurulması istiqamətində bir sıra işlər görməyə nail olub.

Mərkəzin, Azərbaycanda fəaliyyət göstərən əcnəbilər üçün açdığı Azərbaycan dili kurslarına mən də yazılmaq istəyirəm. Azərbaycan ədəbiyyatının Meksikada nəşri və təbliği istiqamətində mən artıq bir neçə qurum və təşkilatlarla danışıqlar aparmışam. Düşünürəm, yaxın vaxtlarda bu sahədə səmərəli işlər görə biləcəyik».

# 1147 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news