Təcavüz qalmaqalı indi də klassik musiqidə yaşanıb.
Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Nyu-York Metropolitan Operasının orkestr rəhbəri, dirijor Ceyms Levin haqqında çıxan təcavüz iddialarının ardınca nəzarətə götürülüb.
Metropolitan Operasının səlahiyyətli nümayəndələri verdikləri açıqlamalarda 74 yaşlı orkestr rəhbərinin bu il orkestri idarə etməyəcəyini, iddialarla bağlı araşdırmalar üçün bir hüquq firmasının tutulduğunu deyiblər.
- Mikayıl Müşfiqin Güləlləndiyi Yer - NARGİNDƏN REPORTAJ
- "Onun ayağında bir tay corab vardı..." - Hüseyn Cavidin məzarı necə tapılmışdı?
- Gəncə Filarmoniyasında Seyid Şuşinskiyə həsr olunmuş tədbir keçirildi
40 il operanın musiqi rəhbərliyini edən Ceyms Levin üç kişinin illər əvvəl, gənc ikən təcavüzə məruz qalması iddiasına dair heç bir şərh verməyib.
Operanın baş direktoru Peter Gelb daha iki nəfərin 1960-cı illərdə baş verdiyi iddia olunan təcavüz ittihamından sonra məşhur orkestr rəhbərinin nəzarətə götürülməsi qərarını verdiklərini söyləyib.