Kamal Abdullanın kitabı Serbiyada

Kamal Abdullanın kitabı Serbiyada
calendar 30 aprel 2018
clock 13:23

Serbiyanın Belqrad Universitetində Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın serb dilinə tərcümə olunmuş “Deyəsən, Platon xəstələnib” hekayələr toplusunun təqdimatı keçirilib.

Kulis.az Sim-sim.aza istinadən xəbər verir ki, tədbirdə sənətşünas, professor Flip Feti Dautoviç, şairə Miliça Liliç, tanınmış serb yazıçısı, “Xəzər lüğəti” kitabının müəllifi Milorad Paviçin həyat yoldaşı, yazıçı Yasmina Mihayloviç və başqa xarici ədəbiyyatşünaslar iştirak ediblər.

İştirakçılar müəllifin bölmələr vasitəsilə oxucunu yeni bir yanaşma, yeni bir dünya ilə tanış etməklə, paralel dünyalar arasında qırılmaz əlaqənin mövcudluğuna inandıra bildiyini vurğulayıblar.

Bildirilib ki, yunan mifologiyasının təsiri altında qələmə alınmış bu hekayələr toplusundakı əfsanələşmiş qəhrəmanlarla müasir dövrün insanları arasında sıx bağlanmış münasibətlər məhz Kamal Abdullanın mədəni və dini kimliyini, daxili aləmini əks etdirir.

Qeyd edək ki, Kamal Abdullanın Rusiyanın məşhur “Хуdоjеstvennaya literatura” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib…” (“Plаton, каjеtsya, заbolel…”) hekayələr kitabı Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata – “Qızıl Delviq”ə layiq görülüb.

# 1164 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news