Eynşteyn hansı xalq üçün "sürüyə bənzəyən millət" demişdi?

Eynşteyn hansı xalq üçün "sürüyə bənzəyən millət" demişdi?
calendar 14 iyun 2018
clock 14:00

Alman fiziki Albert Eynşteyn irqçi və ksenefob görüşlərinin yer aldığı səyahət gündəliyi nəşr olunub. Eynşteyn bu gündəliklərdə 1922-23-cü illərdə Uzaq və Orta Şərqə səyahət təəssüratlarını yazır.

Səyahətlərdə Eynşteynə həyat yoldaşı Elza yoldaşlıq edirmiş.

Yazılarda Eynşteynin əcnəbilər haqqında neqativ ümumiləşdirmələri diqqət çəkir. Çinliləri “Pis, küt adamlar” kimi təqdim edən Eynşteyn “başqa irqlərin yerinə tutsalar, dəhşət olardı” deyir. Halbuki Eynşteyn həyatının sonrakı illərində ABŞ-ın insan haqları mübarizəsində iştirak etmiş, irqçiliyi “ağların xəstəliyi” adlandırmışdı. Gündəliklərdəki Eynşteyn bu görüşü paylaşmır.

Prinston universitetinin çap etdiyi mətnlər Eynşteynin İspaniyadan başlayıb Şri-Lanka üzərindən Çin və Yaponiyaya uzanan yolçuluğuna işıq salır.

Misirin Port-Səid limanından təəssüratlarını qeydə almağa başlayan Eynşteyn bəzi satıcılar haqqında “levantilərin hər rəngi... sanki cəhənnəmdən çıxıblar” (Levantilər (digər adları – latınlar, firənglər) — Yaxın Şərq ərazisində keçmişdə yaşayan italyan və fransız əsilli katolik əhaliyə aid edilən termindir) kimi ifadələr işlədir.

Keçmiş adı Seylon adası olan Şri-Lanka sakinləri haqqında isə bunları yazır:

“Çirkab içində yaşayırlar, yerlər murdarlıqla doludur, az işləyir, az şeyə ehtiyac hiss edirlər. Həyatın bəsit iqtisadiyyat dövrü...”

Məşhur fizikin ən diqqətəlayiq şərhi isə çinlilər haqdadır. Eynşteyn çinli uşaqlar üçün “ruhsuz və hissiyyatsız” təyinini işlədir, Çin xalqı haqqında isə “Qəribə və sürüyə bənzər millət” bəhs edir. Bundan başqa Eynşteyn buradakı qadınlar və kişilərin elə də fərqlənmədiklərini qeyd edib.

# 1748 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news