Bakıda “Oxu Günü – 2” keçiriləcək

Bakıda “Oxu Günü – 2” keçiriləcək
calendar 18 aprel 2016
clock 10:56

Aprelin 23-də “Oxu Günü-2” kitab aksiyası keçiriləcək. Kulisin məlumatına görə aksiya saat 12:00-da başlayacaq aksiya “Zorge” parkında keçiriləcək.

Layihənin ideya müəllifi f.ü.f.d., dosent Şəmil Sadiqdir. Azərbaycan Respublikası Təhsli Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Nəsimi Rayon İcra Hakimiyyəti və Hədəf Nəşrlərinin təşkilatçılığı ilə həyata keçirilən “Oxu Günü-2” layihəsinə Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, Medika Hospital, Qlobal Karyera İnstitutu, ASAN Könüllüləri və Hədəf Kursları təşkilati dəstək verir.

Mütaliəyə diqqətin artırılmasını məqsədi daşıyan “Oxu Günü-2” ədəbiyyata marağı olan hər kəs üçün nəzərdə tutulub. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. “Oxu Günü” layihəsi bu il Bakı şəhərində reallaşacaq.

Layihə ötən il olduğu kimi bu il də “Gəlin birgə oxuyaq!” şüarı ilə təşkil olunacaq. “Oxu Günü”ndə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klubları iştirak edəcək.

Layihə zamanı tanınmış yazıçılarla görüş, imza mərasimləri və fleşmob təşkil ediləcək. Həmçinin Layihə çərçivəsində Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlunun oxucularla görüşü və imza mərasimi olacaqdır.

Tədbir müddətində fəal oxucularla müəlliflərin, tanınmış insanların bir-birinə qarşılıqlı kitab hədiyyə etməsi layihənin əsas məqsədlərindən biridir.

# 1225 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news