Dünya şöhrətli İran yazıçısı Bakıda

Dünya şöhrətli İran yazıçısı Bakıda
calendar 23 noyabr 2016
clock 15:02

Çağdaş İran ədəbiyyatın dünyada ən çox oxunan yazarlarından biri Mustafa Məstur AMEA-nın Mərkəzi Elmi Kitabxanasında oxucularla görüşüb. Kulis.azın məlumatına görə görüş çərçivəsində ədibin ATV kanalı və "Parlaq İmzalar" Nəşriyyatının ortaq layihəsi üzrə işıq üzü görən "Tanrının ay üzündən öp" adlı bestseller romanının imza günü də keçirilib.

Mədəniyyət və Turizm Nazirliyi, ATV Kanalı, "Parlaq İmzalar" Nəşriyyatı, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi və AMEA Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə keçirilən tədbirdə yazıçı "Qloballaşma dövründə ədəbiyyat" mövzusunda mühazirə oxuyub, həmçinin iştirakçıların suallarını cavablandırıb.

Görüşdə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, “Parlaq İmzalar” Nəşriyyatının direktoru Nurman Tariq “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli və gənc şərqşünas Ariz Tarverdiyev roman haqqında fikirlərini bölüşüblər. İranda 62 dəfə nəşr edilərək, 250 000 tirajla satılan roman xüsusilə Avropada maraqla qarşılanıb və yazara bir sıra nüfüzlu mükafatlar qazandırıb. Romanı fars dilindən ATV Xəbərin aparıcısı, jurnalist və tərcüməçi Ariz Tarverdiyev çevirib.

Qeyd edək ki, “Parlaq İmzalar” nəşriyyatı tanınmış yazarın bütün əsərlərinin Azərbaycanda tərcümə və çap hüququnu əldə edib.

# 1165 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news