Yazıçı Anarın Türkiyədə kitabı çıxdı

Yazıçı Anarın Türkiyədə kitabı çıxdı
calendar 19 yanvar 2018
clock 16:40

Bu günlərdə Xalq Yazıçısı Anarın Türkiyədə yeni kitabı nəşr edilib.

Yazıçının 80 illik yubileyinə hədiyyə olaraq hazırlanan kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk dünyası ədəbiyyatı seriyası”ndan çap olunan ikinci kitabdır.

“İyi padşahın masalı” adlanan kitabı türkiyəli tərcüməçi, şair İmdat Avşarla həmyerlimiz yazıçı-publisist və ədəbiyyatşünas Pərvin Nurullayeva hazırlayıb. Kitabda Anarın “Yaxşı padşahın nağılı” hekayəsinin Azərbaycan, türk, türkmən, qaqauz, krım-tatar, qırğız, qazax, özbək, başqırd, rus və fars dillərində tərcümələri yer alıb. Kitaba İmdat Avşar və Pərvin “Ön söz” yazıblar.

Hekayəni müxtəlif türk dillərinə İmdat Avşar, Maya Samizadə, Şahinə İbrahimova, İbrahim Türkxan, Feyruzə Qəribova, Leniyara Səlim, Seyran Süleyman, Ergali Erbosınov, Güllü Qərənfil və başqaları çeviriblər. \azertag.az\

# 1136 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news