Qardaşxan Əzizxanlının kitabı çıxdı

Qardaşxan Əzizxanlının kitabı çıxdı
calendar 11 iyun 2018
clock 17:40

Tanınmış şair Qardaşxan Əzizxanlının altmış illiyində seçmə şeirlərindən ibarət “İlkim də sən, indim də sən, sonum sən” adlı kitabı nəşr edilib.

Kulis.azın Azərtaca istinadən verdiyi xəbərə görə müəllifin “Gözlə qaş arasında”, “Otuz yeddini keçəndə”, “Ürəyin baxdığı yerdən” kitablarından seçmələrin toplandığı, 1000 nüsxə tirajla çapdan çıxan bu poetik “Divan”da məhəbbət, Vətən, sənət, həyat və dünya haqqında şeirlər toplanıb. Fərqli bədii tərtibatı ilə diqqət çəkən poetik toplunun bir orijinallığı da onun oxucuya, eyni zamanda, məzmunca fərqlənməyən ikinci adla təqdim edilməsidir: “İlkimdəsən, indimdəsən, sonumsan”.

“Poliqlot” bölməsində Qardaşxanın ingilis, alman və rus dillərinə tərcümə edilmiş şeirlərindən nümunələr və onun alman şairləri Y.V.Höte və H.Haynedən tərcümələri yer alıb.

Kitabın redaktoru Əlizadə Nuri, rəssamı Elturan və Gilandır.

# 1350 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news