“İçərişəhər” metrosunda konsert olub

“İçərişəhər” metrosunda konsert olub
calendar 31 may 2019
clock 18:52

Metronun "İçərişəhər" stansiyasının vestibülündə sərnişinlərə ilk dəfə Latın Amerikası xalqlarının musiqi nömrələrindən ibarət konsert təşkil edilib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən bildirilib ki, bu, həm də ölkəmizdə ilk dəfə geniş miqyasda keçirilən "Latın Amerikası Festivalı"nın açılış tədbiri idi. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçirilən bu tədbirin təşkilatçılarından biri, braziliyalı musiqiçi və prodüser Klaudiu Franku açılış mərasiminin məhz şəhərin ən kütləvi sərnişindaşıma növü metropolitendə keçirilməsini əhəmiyyətli hadisə adlandırıb. Qədim və müasirliyin vəhdəti olan paytaxtımızı çox sevən K.Franku gələcəkdə bu tədbirlərin miqyasını genişləndirəcəklərini vurğulayıb.

Festival iyunun 9-dək Latın Amerikası mədəniyyətini və ənənələrini təşviq və təbliğ etmək məqsədilə region ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin birgə səyi ilə keçirilir. Festival çərçivəsində canlı konsertlər, rəqslər, milli mətbəx, mədəniyyət, incəsənət və sair tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

"Bakı Metropoliteni" QSC-nin xidmət şöbəsinin rəisi Lalə Babayeva bu ay "İçərişəhər" stansiyasında belçikalı saksafonçu Marselo Monkadanın konsertinin doğurduğu rezonans və təşkilatçıların müraciətini nəzərə alan QSC festivalın açılış mərasiminin metroda keçirilməsinə şərait yaratdığını bildirib.

QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Latın Amerikası mədəniyyətinin xalqımız arasında çox geniş yayıldığı və sevildiyini nəzərə alaraq, bu konsertin təşkil olunmasını gözəl bir addım adlandırıb.

Konsert proqramına "Avroviziya-2017" müsabiqəsində "Skeletons" mahnısı ilə Azərbaycanı təmsil etmiş Diana Hacıyevanın braziliyalı musiqiçi K.Franku ilə yaratdıqları "Brazilidad" qrupunun çıxışında müxtəlif musiqi nömrələri yer alıb. Eyni zamanda, iyunun 5-də saat 17:00-da "İçərişəhər" stansiyasının vestibülündə braziliyalı gitaraçı, müğənni, bəstəkar, musiqi prodüseri Qleyson Tulionun konserti keçiriləcək. Əfsanəvi "Bitlz" qrupunun yaradıcılığından təsirlənən musiqiçi Braziliya milli koloritini də əlavə etməklə ecazkar kompozisiyalar yaradıb. /azertag.az/

# 1854 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news