Yazıçımız Rusiyada gümüş medal alıb

Yazıçımız Rusiyada gümüş medal alıb
calendar 1 avqust 2019
clock 12:35

İyulun 26-dan 30-dək Rusiyanın Qərbi Sibir bölgəsində - Tümen şəhərində Ədəbiyyat üzrə dördüncü “LiFFT” Ümumrusiya Festivalı keçirilib.

Festivalda “Əcnəbi müəllif” nominasiyası üzrə bir neçə xarici yazar da qalibiyyət uğrunda mübarizə aparıb.

Festivala “Çovdar çörəyi” romanı ilə qatılan azərbaycanlı yazıçı Əlibala Məhərrəmzadə “Əcnəbi müəllif” nominasiyasında gümüş medala layiq görülüb. Yazıçımız V. Muravlenko adına “Neftyannik” mədəniyyət sarayında Tümen vilayəti administrasiyası, mədəniyyət xadimləri, diaspora nümayəndələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimi zamanı üçrəngli bayrağımızı dalğalandırıb.

Festivalın qızıl medalına isə şair, bard, rus aryerqardının aparıcı fiquru, kurtuaz manyerizm ədəbi cərəyanının lideri, moskvalı Viktor Pelenyaqre layiq görülüb.

Qaliblərə medalları və diplomları festivalın prezidenti Marqarita Al, Rusiya Millətlər Assambleyası İcraiyyə Komitəsinin sədri Nazirjon Abduqaniev, habelə üçüncü Ümumavrasiya “LiFFT” Festivallar Festivalının qızıl mükafatçısı, həmyerlimiz Varis Yolçuyev təqdim edib.

Xatırladaq ki, ədəbiyyat üzrə dördüncü Ümumavrasiya “LiFFT” Festivallar Festivalı bu il sentyabrın 30-dan oktyabrın 4-dək Bakı şəhərində keçiriləcək. /azertag.az/

# 1688 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news