Şəhriyar Taxtakörpüdə kitab imzaladı - Fotolar

Şəhriyar Taxtakörpüdə kitab imzaladı - Fotolar
calendar 7 oktyabr 2019
clock 10:57

Ötən həftə laçınlıların sıx məskunlaşdığı Taxtakörpü qəsəbəsinin Mədəniyyət Mərkəzində tanınmış şair Şəhriyar Del Geraninin “Gecəniz şeirə...” kitabının imza günü və təqdimatı keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, şairin başlatdığı “Kitab otağı” layhəsi çərçivəsində həyata keçirilən ilk tədbirdə laçınlı ziyalılar, saz-söz adamları, mədəniyyət işçiləri və sadə oxucular iştikar ediblər.

Görüşü açan Laçın rayon Mədəniyyət Mərkəzinin direktoru Sadıq Axundov belə tədbirlərin vacibliyindən bəhs edib və bölgələrdə ədəbi-bədii kitabların təbliği və imza günlərinin keçirilməsinin vacibliyini vurğulayıb. O, Şəhriyar bəyin bölgələrdə imza gününün bir ilk olduğunu tədbir iştirakçıların nəzərinə çatdırıb.

İmza günündə çıxış edən Şəhriyar del Gerani öz şeirlərini musiqi sədaları altında səsləndirib.

Laçınlı ustad aşıq, Əməktar mədəniyyət işçisi Aşıq Umbay Axundov şairə uğurlar arzulayıb, özünün və böyük ustadların şeirlərindən parçalar söyləyib.

Şairin görüşünə gəlmiş ədəbiyyat müəllimi və şair Eynulla Axundov, həkim Orxan Cəbrayıl şairin bir neçə şeirini dinləyicilərin diqqətinə çatdırıblar.

Tədbirin sonunda oxucular “Gecəniz şeirə...” kitabını Şəhriyar bəyə imzalatdırıblar.

# 3110 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news