Belçika miqrantlara sevişmək öyrədəcək

Belçika miqrantlara sevişmək öyrədəcək
calendar 21 yanvar 2016
clock 10:51

Belçika hökuməti ölkəyə gələn miqrantlara “qarşı cinslə münasibət qurmaq qaydaları”nı öyrədəcək. Kulisin BBC-yə istinad verdiyi məlumata görə, əsasən, kişi miqrantlara aid olunan kurslarda “bir qadının açıq-saçıq geyinməsi onun sevişmək istəyi ilə bağlı olmadığı” anladılacaq.

Miqrantlara xəbərdarlıq ediləcək ki, qadınlara fit çalmaq, onlara toxunmaq olmaz.

Belçika Miqrasiya nazirinin köməkçisi Teo Franken tərəfindən bu məqsədlə açılış dərsi keçirilib.

Franken miqrantlara ölkəsindəki dəyərləri və cəmiyyətin ənənəsini izah eləyib. Belçikalıların bir-biri ilə necə salamlaşdığından tutmuş qarşı cinslə necə münasibət qurduqlarına qədər bir xeyli məlumatlandırıb.

Sosial Partiya isə ölkədəki bu vəziyyəti “miqrantları damğalamaq” kimi qələmə verərək tənqid edir.

Belçikanın fransızca danışılan bölgəsində eyni haqları müdafiə edən nazir İsabella Simonis də kursu “irqçilik” kimi dəyərləndirir.

Belçika hökuməti Almaniyanın Köln şəhərində Yeni il vaxtı yaşanan kütləvi təcavüz hadisəsindən sonra ölkəyə gələn miqrantların “başa salınması”na qərar verib.

Kurslar qısa müddət ərzində ölkədəki bütün miqrant mərkəzlərində başlayacaq.

# 1106 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news