Məşhur uşaq yazarı Trampa dəstək oldu

Məşhur uşaq yazarı Trampa dəstək oldu
calendar 3 iyun 2016
clock 17:12

ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə real namizədi Donald Trumpın mübahisəli fikirləri ona qarşı çıxanların sıralarını genişləndirməkdə davam edir.

Amma, digər tərəfdən, rəy sorğularında onun reytinqi enmək bilmir.

“Trump fenomeninə” Britaniya yazıçısı, “Harri Potter” uşaq kitablarının müəllifi J.K. Rowling-in münasibəti fərqlidir.

Yazıçı “PEN America”nın mükafatını alarkən deyib ki, mötədil baxışlı liberal insan olaraq onu ən çox narahat edən məsələ alternativ fikrə dözümsüz münasibətdir.

O, müsəlmanlar haqda ziddiyyətli fikirlərinə görə Trumpı Britaniyaya buraxmağı qadağan etməyə çağıran petisiyanı yarım milyon insanın imzaladığını xatırladaraq deyib:

“Düzdür, mən cənab Trump-ın dediklərinin az qala hamısını mübahisəli fikir sayıram. Onu aqressiv və qərəzli hesab edirəm. Amma onun mənim ölkəmə səfər edib aqressivlik və qərəz nümayiş etdirmək haqqını tam dəstəkləyirəm. Onun danışmaq hüququ mənim onu qərəzli adlandırmaq haqqıma təminat verir. Onun azadlığı mənim azadlığımın təminatıdır.”

Yazıçı hesab edir ki, heç kəsə fikrinə görə qadağa qoyulmamalıdır. Alternativ fikri boğmaq, opponenti susdurmaq cəhdləri diktatorların əlinə yaxşı bəhanə vermiş olar. Çünki onlar da siyasi rəqiblərini, fərqli baxışlı insanları həbsə atanda, onlara işgəncə verəndə eyni arqumenti gətirirlər./Oxuzali.az

# 1103 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news