Dünyanın ən soyuq yeri təsbit edildi

Dünyanın ən soyuq yeri təsbit edildi
calendar 16 dekabr 2016
clock 16:46

Dünyanın ən soyuq yeri peyklərin köməyi ilə təsbit edilib. Kulis.Azın BBC-yə istinadən verdiyi xəbərə görə, ən soyuq yerin dərəcəsi -93,2 dərəcədir.

Gözlənildiyi kimi ən soyuq nöqtə Antarktidanın mərkəzindədir. Dərəcə 10 avqust 2010-cu il tarixində təsbit edilib.

Tədqiqatçılar peykdəki istilik ölçənlər sayəsində təsbit etdikləri dərəcənin ilkin dərəcə olduğunu açıqlayıblar. Onlar bundan daha soyuq dərəcələri təsbit etməyi hədəfləyirlər.

Əvvəlki ən soyuq nöqtə -89,2 dərəcə ilə yenə Antarktidada təsbit edilmişdi. Bu dərəcə 1983-cü ilin iyulun 21-də Rusiyanın Vostok bazasında aşkarlanmışdı.

Antarktidada tədqiqatçıların müəyyən etdiyi ən soyuq hava qaranlıq bir qış gecəsində yüksək nöqtələrdə tapılmışdı.

Tədqiqatçılar Ginnesin rekordlar kitabının bu dərəcəni qeydə almasını istəməyib. ABŞ-ın “Beynəxalq Qar və Buz Məlumat Mərkəzi”ndən Ted Skambos sonrakı illərdə əsl dərəcəni müəyyən edəcəklərini açıqlayıb. Skambos daha sonra bunları söyləyib: “Əminliklə deyə bilərəm ki, dünyanın ən soyuq nöqtəsinin harda olduğunu və niyə həmin yerdə olduğunu bilirik”.

# 1068 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news