“İLESAM” jurnalı Nəsimiyə həsr olundu

“İLESAM” jurnalı Nəsimiyə həsr olundu
calendar 28 iyun 2019
clock 18:45

İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyi) eyni adlı jurnalının 17-ci sayını böyük Azərbaycan şairi İmaməddin Nəsimiyə həsr edib.

Jurnalda Türkiyənin və Azərbaycanın tanınmış qələm adamlarının Nəsimi haqqında məqalələrinə yer verilib. Prof.Dr. Atabey Kılıçın “Seyid Nəsimiyə dair”, Prof.Dr. Ziya Avşarın “Nəsiminin dünyasında bir gəzinti”, Prof.Dr. Özer Şenödeyicinin “Nəsiminin şeirlərində insana verilən dəyərin ifratı”, Xalq yazıçısı Anarın “Şairin hünəri”, f.e.n. Səyyad Aranın “Seyid İmaməddin Nəsimi - ədəbiyyat üfüqündə doğan günəş”, f.e.d. Vüqar Əhmədin “Nəsiminin dini-fəlsəfi görüşləri”, Dr. Mahmud Əkkamın “Edamdan sonra başlanan həyat”, f.e.d. Qəzənfər Paşayevin “Nəsimi və aşıq yaradıcılığı” məqalələrini, Xalq şairi Bəxtiyar Vahabzadənin “Allah” şeirini “İLESAM”ın 17-ci sayında oxumaq mümkündür.

Nəsimiyə həsr edilmiş buraxılışın üz qabığında Xalq rəssamı Arif Hüseynovun əsəri yer alıb.

Qeyd edək ki, “İLESAM” jurnalı yüksək tirajla çap edilir və çoxsaylı abunəçiləri ilə yanaşı, Türkiyənin bütün kitabxanalırna paylanılır./ayb.az/

# 1729 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news