Rusiya Yazıçılar Birliyinə sədr seçildi

Rusiya Yazıçılar Birliyinə sədr seçildi
calendar 16 fevral 2018
clock 11:38

Rusiya Yazıçılar Birliyinə yeni sədr seçilib. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə sədr Nikolay İvanov olub.

Həftənin dördüncü günü keçirilən XV syezddə Nikolay İvanovdan başqa deputat Sergey Şarqunov da namizədliyini irəli sürmüşdü. 166 nümayəndədən 164 səsvermədə iştirak edib, onların 132 nəfəri İvanovun lehinə səs veriblər.

Yazıçılar Birliyinin sədri 5 il müddətinə seçilir.

Nikolay İvanov 1956-cı ildə anadan olub. 1985-ci ildən “Sovet döyüşçüsü” jurnalının müxbiri, daha sonra baş redaktoru vəzifəsində çalışıb. O, bu vəzifəyə qədər bilikdə katib kimi fəaliyyət göstərib.

Qeyd edək ki, SSRİ Yazıçılar Birliyi 1991-ci ildə dağılan Rusiyada iki yazıçılar birliyi yarandı. Onlardan biri Rusiya Yazıçılar Birliyi, digəri isə Rusiyalı Yazıçılar Birliyi adlandı.

1994-cü ildən Rusiya Yazıçılar Birliyinin sədri vəzifəsində yazıçı, tarix elmləri doktoru Valeri Qaniçev olub.

# 1856 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news