Ssenari müsabiqəsinin şərtləri dəyişilib

Ssenari müsabiqəsinin şərtləri dəyişilib
calendar 18 mart 2019
clock 18:09

Mədəniyyət Nazirliyinin elan etdiyi bədii film ssenariləri müsabiqəsinin formatı və miqyasında bəzi dəyişikliklər edilib.

ONA xəbər verir ki, dəyişikliklər müsabiqədə daha çox kinematoqrafçının iştirakını təmin etmək məqsədi daşıyır.

Şərtlərə bəzi əlavələr edilib:

- Müsabiqədə ssenari yaradıcılığı ilə məşğul olan istənilən şəxs iştirak edə bilər;

- İştirakla bağlı yaş məhdudiyyəti yoxdur;

- Müsabiqədə iştirak üçün az büdcəli tammetrajlı bədii, həmçinin uşaq mövzusunda bədii, qısametrajlı bədii, sənədli və animasiya filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur;

- Müsabiqədə iştirak üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər may ayının 1-dək (Azərbaycan Dövlət Film Fondunun baş mütəxəssisi və müsabiqənin Münsiflər heyətinin məsul katibi Leyla Vəzirzadəyə, ünvan: AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 10) təqdim edilməlidir;

- Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, yeniyetmə və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında bir və ya bir neçə film ssenarisi təqdim edə bilər;

- Müsabiqənin kino mütəxəssislərindən ibarət münsiflər heyətinin rəyi əsasında ən yaxşı ssenarilər müəyyən edilir və münsiflər heyətinin apardığı müzakirələr məxfi saxlanılır;

- Qaliblərin adları 2019-cu il mayın 20-dək nazirliyin www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində açıqlanır;

- Qalib ssenarilərə dövlət sifarişi ilə cari və növbəti illərdə filmlər çəkilir;

Bu Reqlamentin tələblərinə cavab verməyən ssenarilərə baxılmır.

Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

# 1632 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news