“YARAT”da “Ruh ruh” adlı sərgi açılacaq

“YARAT”da “Ruh ruh” adlı sərgi açılacaq
calendar 22 may 2019
clock 15:31

Mayın 24-də “YARAT” emalatxanasında “Ruh ruh” adlı studiya sərgisi açılacaq.

Sərgidə rəssamlar Katya Verheul (Niderland), Ela Ştefanats (Xorvatiya), Aqil Abdullayev, Diana Hacıyeva və Çinarə Məcidovanın (Azərbaycan) əsərləri nümayiş ediləcək.

Araşdırma üçün təmin edilən məhdud resurslar, rəssamları daha kreativ, daha effektiv düşünməklə yanaşı, daha məhsuldar olmaq, daha çox problem həll etmək üçün yeni yolların tapılması istiqamətində daha çox enerji sərf etməyə məcbur edib.

Rəssamlar, öz mesajlarının əsas vasitələri kimi hərflər və sözləri irəli çəkərək, öz bədii ifadələrinin mexanizminə çevrilən bir bəyanatı irəli sürmək üçün, kreativ mətn üslubundan hərtərəfli istifadə ediblər. Rəssamlar bəzən dili büsbütün “yoxa çıxararaq” və diqqəti yazılmış sözün tək vizual tərcüməsinə yönəldərək, öz mətnlərini instalyasiya, videoəsərlər, fotoqrafiya, səs əsərləri və hətta video oyunlar kimi müxtəlif medialara transformasiya ediblər.

Bundan əlavə, auditoriya, öz əsərlərini təqdim edəcək yeni “YARAT” rezidentləri - Katja Verheul (Hollandiya), Ela Stefanac (Xorvatiya), Aqil Abdullayev, Diana Hacıyeva, Çinarə Məcidova (Azərbaycan) ilə tanış olmaq imkanı əldə edəcəklər. /azertag.az/

# 1648 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news