Elçinin Almaniyada iki kitabı çap olundu

Elçinin Almaniyada iki kitabı çap olundu
calendar 11 iyun 2019
clock 18:40

Xalq yazıçısı Elçinin dramaturgiyası xarici ölkələrin teatrlarında tez-tez tamaşaya qoyulur və get-gedə beynəlxalq səviyyədə daha geniş miqyaslı populyarlıq əldə edir.

Onun pyesləri əsasında Nyu-York, London, Roma, İstanbul, Ankara, Moskva, Sankt-Peterburq və başqa şəhərlərin teatrlarında hazırlanmış tamaşalar rəğbətlə qarşılanaraq müasir dramaturgiyanın uğurları kimi qiymətləndirilib. “Cəhənnəm sakinləri” pyesi əsasında ingilis bəstəkarı Lorens Mark Vitin yazdığı müzikl isə Cənubi Koreyada, Seul Opera və Balet Teatrında böyük müvəffəqiyyətlə tamaşaya qoyulub.

Bu günlərdə Almaniyada “Pemverlaq” nəşriyyatı Xalq yazıçısının “Pyeslər” (“Teatr oyunları”) kitabını nəfis şəkildə nəşr edib. Kitaba ədibin məşhur “Teleskop”, “Mənim sevimli dəlim”, “Şekspir” və “Cəhənnəm sakinləri” tragikomediyaları daxildir. Pyesləri orijinaldan alman dilinə türkoloq K.H.Kiel tərcümə edib. Maraqlı cəhət odur ki, nəşriyyat həmin pyesləri, eyni zamanda, türk dilində də ayrıca kitab kimi nəşr edib. Əsərlər türk dilinə doktor Orxan Araz tərəfindən tərcümə olunub. O.Araz kitabı oxuculara təqdim edərək yazır: “Dünyaca tanınmış yazar Elçin, sadəcə çağdaş dövrümüzdə deyil, gələcəkdə də oxunacaq və əsərlərindən dərslər alınacaq bir yazardır”.

Qeyd etmək lazımdır ki, alman oxucuları Xalq yazıçısı Elçinin əsərləri ilə yaxşı tanışdırlar. Almaniyada onun “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Baş” romanları, eləcə də, povest və hekayələri nəşr edilib. “Pyeslər” onun Almaniyada nəşr olunmuş səkkizinci kitabıdır. /azertag.az/

# 2082 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news