Gənc yazar AYB-dən çıxarıldı: "Əlimdəki faktları açıqlayacağam."

Gənc yazar AYB-dən çıxarıldı: "Əlimdəki faktları açıqlayacağam."
calendar 17 iyun 2019
clock 11:03

“İndiyə qədər Azərbaycan Yazıçılar Birliyinin üzvü idim, danışa bilmirdim Birliyin daxilində gedən çoxlu çirkli işləri açıq deyə bilmirdim. Çünki, Birliyin üzvü idim və Birliyi təmsil edirdim. Bu gündən əlimdə olan faktları geniş ictimaiyyətə çatdırmağı özümə borc bilirəm”

Bu sözləri gənc yazar Elşad Barat kulis.az-a açıqlamasında bildirib. O, bu gün Azərbaycan Yazıçılar Birliyindən çıxarılması haqqında öz Facebook səhifəsində məlumat da yayıb: “İndicə eşitdim ki, məni AYB üzvlüyündən çıxarıblar, bu barədə "Ədəbiyyat" qəzetində elan gedib. Yəqin ki, indi Çingiz Abdullayevlə Rəşad Məcid ürəkdən sevinir. Bunların tayları bəşəriyyətin sülh teoremini yazıb Nobel alır, bunlar adi bir gənc yazarı Yazıçılar Birliyindən çıxarıb xoşbəxt olurlar”.

Gənc yazar daha sonra üzvlükdən çıxarılacağını gözləmədiyini deyib: “Belə olacağını gözləmirdim. Ona görə yox ki, hansısa faktları bilirəm, ona görə ki, mən üzvlükdən çıxarılacaq qədər böyük iş görməmişəm. Belə çıxır ki, Yazıçılar Birliyi yazıçıları birləşdirməyə yox, ayırmağa xidmət edir. Orada qruplaşmalar var və iyrənc işlər görülür... Çingiz Abdullayev məni məhkəməyə verib. Mənə maraqlıdır o mənim qarşımda necə dayanacaq? Əlimdə kifayət qədər rəsmi faktlar var. Bəzi məsələlərdə mən də şikayətçi olacağam. Rəşad Məcid, Çingiz Abdullayev və başqa adlar var ki, onları indiyədək mətbuatda çəkmirlər, amma mən hamısını deyəcəyəm. Çünki, mənim deməyə sözüm çoxdur. Məsələn, “Ədalət” qəzetinin dünənki sayında Birliyin mətbuat katibi Xəyal Rza deyir ki, gözümün qabağında Çingiz Abdullayev kitabına görə 30 min dollar qonorar aldı. Mən Xəyal Rzadan soruşmaq istəyirəm: Zəhmət olmasa, bu qonorarı hansı nəşriyyatın hansı kitaba görə verdiyini açıqlasın. Biz də bilək.”

Xatırladaq ki, artıq keçmiş AYB üzvü, gənc yazar Elşad Barat son zamanlar üzvü olduğu birliyi, birlik rəhbərliyini tənqidlərilə gündəmə gəlmişdi.

# 2399 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news