Tanınmış şair, nasir Əjdər Olun “Səhra komandirinin meymunu” adlı hekayələr kitabı Serbiyada işıq üzü görüb.
Kulis.az xəbər verir ki, hekayələri serb dilinə tanınmış mütərcim, ədəbiyyatşünas Nina Smiç tərcümə edib.
Nüfuzlu “CompuTech” nəşriyyatında işıq üzü görən kitabda müəllifin 10 hekayəsi “Qəzənfər müəllinin Şuşaya yürüyüşü”, “Böyürsoy”, “Qrafoman”, “Ölümlə zarafat”, “Usta Yusifin kamançası”, “Səhra komandirinin meymunu” və digərləri çap olunub.
- Audiovizual Şura "ATV Plus"u məhkəməyə verdi
- Səlim Babullaoğlu və İlqar Fəhminin imza günü olacaq
- Avroviziya müsabiqəsinin qalibi vəfat etdi
Qeyd edək ki, sentyabrın 23-də Belrqad şəhərində Serbiya Yazarlar Assosasiyasında kitabın təqdimat mərasimi keçiriləcək.