Müslüm Maqomayevin məzarı ziyarət olunub

Müslüm Maqomayevin məzarı ziyarət olunub
calendar 25 oktyabr 2019
clock 13:31

Oktyabrın 25-i görkəmli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin anım günüdür.

APA-nın məlumatına görə, bu gün Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə, Rusiyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri, tanınmış incəsənət, mədəniyyət və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda M. Maqomayevin qəbrini ziyarət ediblər.

F. Əlizadə çıxış edərək M. Maqomayevin Azərbaycan xalqının ən görkəmli nümayəndələrindən olduğunu bildirib: "Onun babası Üzeyir Hacıbəyovla birlikdə Azərbaycan professional musiqisinin əsasını qoyan sənətkardır. Biz hər il iki dəfə, Müslüm Maqomayevin doğum və vəfatı günlərində onun məzarını ziyarət edirik. O, Bakıdan başlamış Parisə qədər bütün dünyada öz səsi ilə Azərbaycanı təmsil edib. Müslüm təkcə professional musiqidə, operada deyil, estrada musiqisində də öz sözünü deyib. O, həm müğənni, həm bəstəkar, həm rəssam idi. Son illərində isə yazıçı kimi də özünü göstərmişdi. Biz onun xatirəsini hər zaman əziz saxlayacağıq".

Rusiya səfirliyinin nümayəndəsi Sergey Stepanov isə Müslüm Maqomayevin sənətinə diqqətin ildən-ilə artdığını qeyd edib: "Mən inanıram ki, gələcək nəsillər də onu hörmətlə anacaqlar, xatirəsi daim yaşayacaq".

Müslüm Maqomayevin ilk prodüseri olmuş İldırım Kasimov çıxış edərək sənətkarın xatirəsini hörmətlə anıb.

Sonra bəstəkarın məzarı üzərinə əklil qoyulub, çiçəklər düzülüb.

# 2415 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news