Azad seks deyənlərin öpülməmiş qız arzusu

Azad seks deyənlərin öpülməmiş qız arzusu
calendar 4 may 2017
clock 15:49

Kulis.Az Tomris Nəcəflinin “Olduğu kimi görünmək qorxusu” yazısını təqdim edir.

Azadlıq, qadın haqları, azad seks deyibən hayqıran, eskalatorda, parkda, küçədə öpüşün deyib, car çəkən, kütləyə qarşı çıxan, kütlənin etdiyini bəyənməyən, hamı iPhone istifadə edir deyə iPhone istifadə etməyən “intellektlilər” analarının seçdiyi, toy kasetindən bəyəndiyi qızlarla evlənirlər. Hansı ki, bu qızların Facebook, İnstagram hesabları da olmamalıdır.

Saxta intellektuallıq, özündən müştəbehlik, milli dəyərləri (guya) vecinə almamaq, oxumadığı halda dayanmadan kitab oxumağı “təbliğ etmək”… - gənclər diqqət çəkmək üçün bu fəndlərin lazım olduğuna inanırlar.

Di gəl ki, həqiqi intellektli adamlarla onların aralarında minlərlə kitablıq uçurum var.

Məsələnin ürək ağrıdan tərəfi isə budur ki, bəziləri öz primitivliklərini intellektual görünüş altında gizlətməyə çalışırlar. Bu müasir görünüşlü, kənd təfəkkürlü adamlar içlərini necə bir kifin basdığının fərqində belə deyillər.

Dərinə getsək, ən böyük cehizləri də - öpülməmiş dodaqlarıdı…

Azad seksdən danışan bu mübarəklər istəyirlər ki, bu hallar onlardan kənarda baş versin. Bakirəliyin mənasızlığından dəm vururlar, amma özləri evlənməyə bakirə qız axtarırlar.

Əslində qadına münasibətdə "qara kurtkalı qaqaş"dırlar. Amma, ancaq və lakin bu qara kurtkalılar “intellektual” gənclərdən daha çox səmimidirlər. Nədən ki, onlar nə istədiklərini çox rahat deyirlər. “Bunu edərəmmi? Edərəm! Etmərəmmi? Etmərəm!” şəklində yanaşırlar məsələlərə. “İntellektual” təbəqə isə daxillərində etməyəcəkləri şeyləri cəmiyyətə edərəm kimi sırıyırlar.

Olduğunuz kimi görünmək niyə bu qədər ağır gəlir?

Bu ki adicə natamamlıq kompleksidir – öz həqiqi mahiyyətini gizlətmək. Bu ki öz içindən imtina etməkdir. Bu ki özündən utanmaqdır…

Əslində, hər şey anlaşılandır: onlar natamam, yarımçıq, varlığı kompleks olan və günəşin heç vaxt onlar üçün doğmadığı və doğmayacağı əldəqayırma “insan” yığınından başqa bir şey deyillər.

Kitab, film reklamlarıyla olmur bu işlər, biz sizin arxa bağçanızı bilirik! (Bu yerdə müəllif dodaqaltı gülümsəyir)

Müəllifini xatırlamadığım bir yazıda deyilir ki, mətbəxdə qab-qacaq yuyan qadın sevgi subyekti ola bilməz.

Sizin sevgi subyektiniz isə əslində qadın deyil, yemək bişirən, paltar yuyan, ev işləri görən bir məfhumdur. Sizə qadın lazım deyil, sizə yemək bişirə bilən, paltar yuyan və uşaq doğan robot lazımdır.

Hə, bir də əlinə oğlan əli dəyməmiş gözəlçə, namuslu ev qızı… Anlamıram, bir kişi nə qədər mənasız-məzmunsuz olmalıdır ki, qadına bu cür yanaşsın? Siz bir qadına saçı uzundu ya qısadı, makiyajı çoxdu ya azdı, sevgilisi olub ya olmayıb və.s kimi məişət səviyyəsində yanaşa bilməzsiniz!

Nazım baba deyirdi: "Qadın dediyin boyasız, makiyajsızdır, işdə çalışandır. Qadın madyan deyil ki, onun saçının uzunluğu, qısalığı və.s müzakirə olunsun."

# 1626 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news