“Qızılbaş” hekayə müsabiqəsi davam edir

“Qızılbaş” hekayə müsabiqəsi davam edir
calendar 16 oktyabr 2017
clock 10:14

Azərbaycan Yazıçılar Birliyinin 2017-ci ildən fəaliyyət göstərən Şah İsmayıl Xətai Komissiyası tərəfindən təsis edilmiş “Qızılbaş” Beynəlxalq Tarixi Hekayə Müsabiqəsi davam edir.


Komissiyadan 525.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Şah İsmayıl Xətainin adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi, gənc qələm sahibləri arasında ədəbiyyata diqqətin artırılması və dövlətçilik ənənələrininə söykənərək Azərbaycan mədəniyyətini, tarixini tanıtmaq, Şah İsmayıla sahib çıxmaqdır.

Komissiyanın sədri, dosent Şəmil Sadiq deyib ki, müsabiqəyə hekayələr gəlməkdə davam edir, hətta xeyli maraqlı imzalar var:

“Əsasən gənc qələm əhlinin tarixi mövzulara müraciət etməsi sevindirici haldır. Tarixi hadisələrə yazıçı mövqeyi həmişə yozumlarda öz əksini tapıb, çünki yazıçı tarixçi deyil, onun gücü müəyyən tarixi kəsimdəki məlum hadisələrə necə bədii şərh verməyilə müəyyənləşir. Biz də bu prosesə təkan vermək istədik və məqsədimiz orta əsrlər tariximizdə şərəfli yeri tutan Səfəvilər dövlətini ümumilkdə mövzu kimi aktuallaşdırmaqdır. Bu dövr o qədər maraqlıdır ki, cild-cild kitablar yazmaq olar, nəinki hekayə. Odur ki, istedadlı imzaları bu müsabiqədə görməkdən şad olarıq”.

Qeyd edək ki, müsabiqə hər iki ildən bir keçirilir, qaliblərsə pul və kitablarla mükafatlandırılır. Müsabiqəyə hekayə göndərmək üçün son vaxt 2018-ci ilin mart ayının 1-dir və müəyyən edilmiş tarixi dövrə aid hekayələr göndərmək olar.

Müsabiqənin nizamnaməsi:

Müsabiqəyə buradan qeydiyyatdan keçərək hekayə göndərə bilərsiniz:

# 1216 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news