Tanınmış Misir yazıçısı Tərcümə Mərkəzində

Tanınmış Misir yazıçısı Tərcümə Mərkəzində
calendar 17 may 2018
clock 10:55

Tanınmış Misir yazıçısı, Misir Milli Tərcümə Mərkəzinin rəsmisi cənab Yaqub Əl-Şəruni Tərcümə Mərkəzinin qonağı olub. Görüş zamanı Azərbaycan Tərcümə Mərkəzi ilə Misir Milli Tərcümə Mərkəzinin birgə əməkdaşlığı əsasında ərsəyə gətirilən beynəlxalq layihələrdən söz açılıb.

Yaqub Əl-Şəruni: «Misir Milli Tərcümə Mərkəzi ilə Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşlığı son illər Azərbaycan ədəbiyyatının ərəb dünyasına yaxından tanıdılmasına geniş imkanlar yaradıb. Ötən il Misirdə işıq üzü görmüş «Azərbaycan hekayələri antologiyası» Misirin mərkəzi kitabxanalarına, kitab evləri və universitetlərə yerləşdirilməklə bərabər, digər ərəb ölkələrinə də yayımlanıb, beynəlxalq kitab sərgilərində təqdim edilib və böyük marağa səbəb olub».

Daha sonra yazıçı ədəbiyyatın və ədəbi mübadilələrin ölkələr və xalqlar arasında qarşılıqlı anlaşma yaratmaqla yanaşı, dünyanın bir çox problemlərinin həllinə də təsir göstərdiyini bildirib: «Ədəbiyyatın «yumşaq qüvvə» deyilən xüsusi təsir imkanları var. Bu, iqtisadiyyatın, siyasətin cəmiyyətə təsir imkanlarından daha üstün, fövqəl bir gücdür – insan qəlbinə nüfuz etmək gücü».

# 1173 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news