İlham Qəhrəmanın şeirlər kitabı çap olunub

İlham Qəhrəmanın şeirlər kitabı çap olunub
calendar 27 iyul 2018
clock 17:34

Tanınmış şair İlham Qəhrəmanın “Ağlama, qələm eşidir” adlı yeni şeirlər kitabı çapdan çıxıb.

Kulis.azın verdiyi xəbərə görə, “Qanun” nəşriyyatında işıq üzü görən kitab tənqidçi Nərgiz Cabbarlının “Xalq ruhunu özündə qoruyan şeirlər...” adlı ön sözüylə açılır.

Yüzdən çox şeirin yer aldığı kitab beş bölmədən ibarətdir: “Elə yer olsun ki, alma bitməsin”, “Dəryada yanan gəmiyəm”, “İstanbul heyrət görküdür”, “Bizə salam düşmür”, “Cincilimim, quşəppəyim”.

Şairin sayca 7-ci olan bu kitabının bir özəlliyi də odur ki, oxucuları Xalq şairi Zəlimxan Yaqubun, jurnalist Məmməd Nazimoğlunun, rəssam Yusif Mirzənin, tənqidçi Əsəd Cahangirin, şair Murad Köhnəqalanın, filoloqlar Həcər Paşayevanın, Fərhad Qasımovun və Müslüm Mahir Hikmətin onun yaradıcılığı haqqında dedikləri fikirlərlə də tanış olacaqlar.

“Ağlama, qələm eşidir” kitabında müəllifin son dörd ildə yazdığı şeirlər toplanıb.

# 1261 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news