İlham Namiq Kamalın yubileyi qeyd olunacaq

İlham Namiq Kamalın yubileyi qeyd olunacaq
calendar 31 may 2019
clock 13:15

İyunun 12-də Akademik Musiqili Teatrın səhnəsində Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək.

Yubiley tədbirinin ssenari müəllifi Qasım Səfəroğlu, quruluşçu rejissoru Cavid İmamverdiyev, rəqslərin quruluşu Əməkdar artistlər Zakir və Leyla Ağayevalara məxsusdur.

Yubiley axşamı benefis formasında həll olunub. Benefis axşamında aktyorun səsləndirdiyi mahnılar, monoloqlar, videobloklar nümayiş olunacaq. Tədbirdə həmçinin Akademik Musiqili, Akademik Dövlət Dram, Akademik Opera və Balet, Abdulla Şaiq adına Kukla teatrlarının, həmçinin sənətkarın kafedra müdiri olduğu Mədəniyyət və İncəsənət Universitetində yetişdirdiyi, hazırda teatrda çalışan aktyorların, sənət dostu, Xalq rəssamı Arif Hüseynovun, Xalq artisti Azər Zeynalovun, Əməkdar artistlər Gülüstan Əliyevanın, Əkbər Əlizadənin, sənətkarın qardaşı, Xalq artisti Cəfər Namiq Kamalın və digərlərin təbrik və çıxışları səslənəcək. Benefis axşamında aktyorun iştirak etdiyi tamaşalardan, filmlərdən parçalar nümayiş olunacaq. Gecədə 70 yaşlı sənətkar tədbirin əvvəlindən sonunadək həm yubilyar, həm aparıcı, həm də iştirakçı kimi səhnədə olacaq. /azertag.az/

# 2261 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news