ADO teatrı karikatura müsabiqəsi elan edir

ADO teatrı karikatura müsabiqəsi elan edir
calendar 6 iyun 2019
clock 14:54

Müstəqil fəaliyyət göstərən ADO teatrı “Azərbaycan mədəniyyəti bu gün” mövzusunda karikatura müsabiqəsi élan edir.

Teatrdan kulis.az-a verilən xəbərə görəmüsabiqənin yekununda 1-ci, 2-ci və 3-cü yer seçilməklə qaliblərə pul mükafatı veriləcək. Həmçinin qaliblərə və digər iştirakçılara sertifikat, həvəsləndirici sertifikatlar təqdim olunacaq. Qalibləri münsiflər heyəti müəyyən edəcək.

Bütün işlər ADO-nun sosial şəbəkələrdəki rəsmi səhifələrində və ADO.AZ saytında yayımlanacaq. Eyni zamanda müsabiqənin sonunda işlərdən ibarət sərgi təşkil olunacaq. Bütün işlərdən ibarət kataloq hazırlanacaq ki həmin kataloq sərgi zamanı təqdim olunacaq. Qaliblər münsiflər tərəfindən müəyyən olunacaq.

Təşkilatçıların açıqlamasına görə, layihənin məqsədi Azərbaycan mədəniyyətinin bugünkü durumuna karikaturistlərin gözü ilə baxmaq və ölkəmizdə karikatura sahəsinə diqqət yaratmaqdır.

Müsabiqənin şərtlərinə görə, hər bir iştirakçı 10 iyul tarixinədək ADO teatrının ünvanına iki karikatura təqdim edə bilər. Sərgilərdə nümayiş olunmuş və internet vasitəsilə yayımlanmış karikaturalar müsabiqədə iştirak edə bilməz.

# 2266 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news