Moskvada Tahir Salahovun sərgisi açılıb

Moskvada Tahir Salahovun sərgisi açılıb
calendar 21 iyun 2019
clock 18:22

Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin qəbul evində Azərbaycanın və Rusiyanın tanınmış rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ Xalq rəssamı Tahir Salahovun sərgisi açılıb.

Sərginin açılış mərasimində RF xarici işlər naziri Sergey Lavrov çıxış edib. Nazir qeyd edib ki, Tahir Salahovun fəxri adları və təltifləri çoxdur, lakin onun ən böyük mükafatı xalqın sevgisidir. S.Lavrov deyib: “Tahir Teymuroviç, öz işlərinizlə bizi sevindirməkdə davam etdiyinizə görə Sizə çox minnətdarıq. Əminəm ki, bu sərgi bu gün burada iştirak edənlər arasında çox populyar olacaq. Ümidvarıq ki, bu gün buraya gələ bilməyən, lakin bu işləri görmək arzusunda olan insanların hamısı üçün bu ekspozisiyanı davam etdirəcəyik. Sizə yaradıcılıq uğurları, cansağlığı və həmişə sənətkar kimi qalmağınızı arzu edirəm”.

Yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirən Tahir Salahov onun və qeyd edib ki, Bakıda “Expo Mərkəz”də keçirilən sərgi zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov onu RF XİN-in ordeni ilə təltif edib və Moskvada onun işlərinin sərgisinin keçirilməsini təklif edib.

Tahir Salahov deyib: “Sergey Viktoroviç sözünün üstündə durdu və Rusiyanın bu incəsənət və mədəniyyət məbədini, diplomatiya, həmrəylik və birlik məbədini, sülh, dostluq, səmimiyyət və həmrəylik məsələlərinin həll edilmiş olduğu və bu gün də həll edildiyi tarixi binanı mənim sərgim üçün təqdim edib”.

Rəssam qeyd edib ki, RF XİN-in malikanəsində Qara Qarayev, Şostakoviç, Rıbak, Soljenitsın, Pikasso, Rauşenberq, Boris Yefimov, Salvador Dali kimi şəxsiyyətlərin portretləri, xalça texnikasında çəkilmiş rəsm əsərləri təqdim edilir.

Sərginin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova, RF XİN-in nümayəndələri, ictimai və siyasi xadimlər iştirak ediblər./azertag.az/

# 1293 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news