Xanım yazarın Nobel medalı hərraca çıxarıldı

Xanım yazarın Nobel medalı hərraca çıxarıldı
calendar 20 dekabr 2017
clock 15:46

2013-cü ildə Uilyam Folknerin "Nobel” ədəbiyyat medalının satışa çıxarılması ilə mübahisəli bir ənənənin əsası qoyuldu.

Folknerin medalının 500 min – 1 milyon dollar arası məbləğə satılacağı düşünülsə də, medala maraq göstərən olmamışdı. Ötən il isə Andre Jidenin medalı Parisdə hərraca çıxarılmış və 300 min avroya alıcı tapmışdı. Bu il isə "Nobel” ədəbiyyat mükafatının azsaylı qadın sahiblərindən Doris Lessinqin medalının auksiona hazırlaşdığı xəbəri yayıldı.

"Guardian”-da yer alan xəbərdə bildirilir ki, Lessinqin 87 yaşında layiq görüldüyü medal üçün təkliflərin başlanğıc qiyməti 250 min funt sterlinq olacaq. Lakin auksionerlər bu medal üçün qoyulan başlanğıc qiymətinin çox yüksək olduğunu düşünür. Ekspertlərin fikrincə, medal üçün qiymətlər 150 min funt sterlinqdən başlasa, alıcı tapması asanlaşar.

Hərrac mərkəzindən ekspert Sofi Hopkins qiymət məsələsi ilə bağlı açıqlama verib: "Bu mükafatın çox az sayda qadın sahibi var. Lessinq isə bu azsaylı qaliblərdəndir. Üstəlik onun həyat yolu, apardığı mübarizə, qazandığı uğurlar ona aid olan hər şeyin dəyərini artırır”. /artkaspi.az/

# 1003 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news