Kamal Abdulla ilin ən yaxşı rektoru seçildi

Kamal Abdulla ilin ən yaxşı rektoru seçildi
calendar 11 iyun 2019
clock 15:07

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla "İlin ən yaxşı rektoru” seçilib.

Bu barədə Facebook sosial şəbəkəsinin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən "Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Xalq yazıçısı Kamal Abdulla "2018-2019-cu tədris ilinin ən yaxşı rektoru" sosial tələbə sorğusunda 45% səs çoxluğu ilə qalib olub:

"Bundan əlavə, tədris ili ərzində Kamal Abdulla sosial aktivliyi, tələbələrinin rifah halının yaxşılaşması üçün atdığı addımlar və tələbələrin sevimli pedaqoqu olması bu səsverməyə təsir edib.

Final seçki statusu 3 günə 100.000 nəfər görülmə (post reach) ilə rekord vurub. Bu, akademik Kamal Abdullanın və tələbələrinin qələbəsidir! Təbrik edirik!” – deyə, məlumatda qeyd olunur.

Qeyd edək ki, soğruda Azərbaycan Dillər Universitetinin tələbələri ilə yanaşı ölkəmizin 10-dan artıq ali məktəbinin tələbələri də iştirak edərək, ADU rektorunu dəstəkləyib.

# 2527 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news